Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart Soyqırımı amansızlığı, qəddarlığı ilə bəşər tarixindən heç vaxt silinməyəcək

0

  • ​ ​ ​ Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar olmuşlar. "Dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkrli məqsədlərini həyata keçirməyə çalışmışlar.Ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.​ ​ ​ Bakıda bolşeviklərin fəaliyyəti onların bütün Cənubi Qafqazda sovet hakimiyyətini zorla bərqərar etmək niyyətlərindən xəbər verirdi. Sovetin "inqilabi qüvvə" adı altında yaratdığı silahlı birləşmələrin əksəriyyətini təşkil edən erməni və rus hərbçilərinin Azərbaycan xalqına qarşı nifrət dolu münasibəti gələcək faciələrimizin təməlini qoydu. Onlardan birinə türk-müsəlman əhalisinə qarşı vəhşiliklər törədən Andronik başçılıq edirdi.​ ​ Sovet Rusiyası müstəqil Azərbaycan dövlətinin yaradılmasının qarşısını almaq üçün Qafqazın Fövqaladə Komissarı təyin etdiyi, xalqımızın tarixi düşməni S.Şaumyana "Bakıda hakimiyyəti tam ələ keçirmək", "Sonrakı mərhələdə bütün Azərbaycanı işğal etmək" tapşırığı verilmişdi. Bu məqsədlə S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti milli qırğın planı hazırladı. Bu planı həyata keçirmək üçün Bakı Soveti 1918-ci ilin əvvəlində şəhərdə ərzaq, maliyyə və poçt-teleqraf üzərində nəzarəti ələ aldı, silahlı qüvvələr yaratmağa başladı.Cəbhədən qayıdan əsgər və zabitləri hərbi xidmətə cəlb etdi, Rusiyadan çoxlu pul, silah-sursat, top, 2 hərbi təyyarə gətirdi.​ ​ 1918-ci ilin martın 30-da Bakıda Bakı Sovetinin rəhbərliyi ilə daşnak-bolşevik hərbi qüvvələri türk-müsəlman əhaliyə qarşı soyqırıma başladı.Müsəlman məhəllələri dənizdən hərbi gəmilərdən, havadan isə Rusiyadan gətirilmiş 2 təyyarədən bombardman edildi.Martın 31-də müsəlman əhali müqaviməti dayandırdı. 3 gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Bakıda soyqırım aprelin 2-dək, Bakı quberniyasında isə 1918-ci ilin sentyabrın 15-dək davam etdi.Bakı quberniyasında 50 mindən çox türk-müsəlman əhali qətlə yetirildi.​ ​ ​ Martın 30-da Bakıda məlum hadisələrə bir neçə saat qalmış Şamaxı qəzasında qırğınlar başladı. Şamaxıdakı qırğınlara Şaumyanın köməkçisi G.Lalayan rəhbərlik edirdi. Qırğınlarda düşmənə qəzanın erməni və molokan əhalisi də kömək edirdi.​ ​ ​ 1918-ci ilin aprel-may aylarında Qubada Amazaspın silahlı dəstələri soyqırım həyata keçirdilər. Aprelin ortalarında Lənkəranda və Salyan qəzasında da ermənilər minlərcə dinc sakini qətlə yetirdilər.​ ​ ​ Sovet hakimiyyətinin bərqərar edilməsi adı altında ermənilər İrəvanın, Naxçıvan, Şərur, Üçmüədzin, Zəngəzur qəzalarında, Göyçədə "etnik təmizləmə" həyata keçirdilər.İyunun əvvəllərində Kürdəmirdə və Göyçay qəzasında da soyqırım törədildi.​ ​ ​ Soyqırım zamanı dinc sakinlər etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutularaq dağıdılmışdır. Bu soyqırım hadisəsi tək Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri hesab olunur.Bu faciədə dinc, silahsız türk-müsəlman əhalisi ilə yanaşı minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətinə görə amanszcasına qətlə yetirdilər​ ​ ​ Bu qanlı faciəyə əsl hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da "1918-ci il mart soyqırımı haqqında" Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciəyə siyasi qiymətin verilməsi öz əksini tapır.​ ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il 18 yanvar tarixli fərmanı ilə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır.​ ​ 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında sərəncam imzalayıb.​ Ermənilərin soyqırım siyasəti Azərbaycan xalqına olmazın fəlakətlər gətirmişdir. Tarixi Azərbaycan torpağı olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlıları qorxutmaq və qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi , 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1990-cı il​ "20 yanvar faciəsi", 1992-ci il "Xocalı faciəsi" onu göstərir ki, ermənilər öz pis niyyətlərini daim xalqımıza göstərəcəklər.​ ​ 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bu faciələri unutmadığını və bu şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi. Biz vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə, onların qisasını almağa daim çalışacayıq.​ ​ 31 Mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə də bizim qan yaddaşımıza yazılıb. Soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.​ ​ ​ Nazim Qədirov,   Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib46 dəfə
    31 Mart Soyqırımı amansızlığı qəddarlığı ilə bəşər tarixindən heç vaxt silinməyəcək

    Maraqlı gələ bilər
    52
    40
    46
    49